Ailə üzvləri Hacı Mazana görə təhqir olunmalıdılarmı?
Bu günə qədər Hacı Mazan (Ramazan Zeynalov) narkotik vasitələrin və psixotrop dərmanların alqı-satqısı ilə məşğul olması, hətta qadınların fahişəliyə cəlb etməsi və sair məsələlər barədə ölkə mətbuatında çox yazılar yazılıb. Maraqlı orasındadır ki, yazılanlar heç bir zaman Hacı Mazan tərəfindən təkzib edilməyib. Bu onun şəxsi işidir. Barəsində yazılanlara münasibət bildirib-bildirməmək onun şəxsi işidir. Mən buna qarışa bilmərəm. Başqa bir maraqlı məqam da budur ki, həmin yazılarla bağlı Hacı Mazana kimsə gözün üstə qaşın var deməyib. Bunun müxtəlif səbəbləri var. Bəziləri Hacı Mazanın Qafqaz Müsəlmanları İdarəsinin rəisi Şeyxülislam Hacı Allahşükür Paşazadə ilə qohum olması onu toxunulmaz edildiyini, bəziləri də başqa arqumentlər deyir. Hər bir halda bu indinin mövzusu olmadığı üçün daha geniş yazmaq istəmirəm.
Son günlər Hacı Mazan barəsində sosial şəbəkələrdə çox aşağılayıcı, bəzi hallarda isə təhqiramiz sözlər yazılır, deyilir. Söyüşlər elə formada deyilir ki, burda təkcə Hacı Mazan yox, onun ailə üzvləri də təhqir olunmuş olur. Sizin fikrinizcə bu doğrudurmu? Tutaq ki, Hacı Mazan pis insandır, narkobarondur və.s və.i.a Bunun onun ailəsinə nə dəxli var? Ailə üzvləri Hacı Mazana görə təhqir olunmalıdılarmı? Əlbəttə ki, yox. O zaman niyə belə edirsiz?
Mənim Hacı Mazanı müdafiə etmək fikrim yoxdur, etmərəm də… Ancaq ailə-uşağın təhqir olunması adama xoş gəlmir.
Bildiyim qədərilə Hacı Mazan üç övlad atasıdır. Onların hər biri ailəlidir və böyük uşaqları da var. Onlar da cəmiyyət arasında olur. Belə təhqiramiz ifadələrdən sonra insanların onlara münasibəti necə ola bilər?Dost-tanışların arasında niyə başıaşağı gəzməlidirlər? Niyə kimsə yazılanları və ya deyilənləri Hacı Mazanın övladlarına və ya nəvələrinə baş qaxıncı eləməlidirlər? Nə vaxta qədər övladlar valideyinə, nəvələr isə babalarına görə başıaşağı gəzməli, insanların qarşısında gözükölgəli olmalıdır? Bunu başa düşmək o qədərmi çətindir?
Bundan başqa, Hacı Mazanın böyük oğlu Bayram Zeynalov Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) Ağsu rayonunda yerləşən 3 saylı rayonlararası qeydiyyat-imtahan və texniki baxış şöbəsinə yeni rəisdir, polis polkovnikidir.
Yəni, Bayram Zeynalovun da öz əhatəsi, dost-tanışı var. Bütün söyüşlər az da olsa onun da nüfuzuna xələl gətirir. Kollektiv arasında psixoloji sarsıntı keçirir.
Mövzunu davam etdirəcəm.
Seyid