Siyasi məhbusların azadlığa buraxılması tələb edilib


7GÜN XƏBƏR Turan-a istinadən xəbər verir ki, bazar ertəsi Müsavat Partiyasının Divanı Azərbaycanda keçirilməsi gözlənilən növbədənkənar parlament seçkilərilə bağlı bəyanat layihəsini müzakirə edib.

Qeyd olunub ki, seçkilər ərəfəsində siyasi motivli həbslərin davam etməsi "təsadüfi deyil",- partiyanın press-relizində deyilir.

Müsavat fəalı Qoşqar Nurəliyevin inzibati həbsinin onun siyasi fəaliyyəti və yazıları ilə əlaqədar olduğu bildirilib.

Divan Qoşqar Nurəliyevin və digər siyasi məhbusların azad olunmasına, ölkədə repressiyalara son qoyulmasına çağırıb.