"Biz bütün siyasi məhbusların azad edilməsi uğrunda mübarizəni davam etdirəcəyik"M.Ibrahim


7gün.az -ın məlumatına görə həbsdən azad edilən Məmməd İbrahim Turan agentliyinə bildirib ki, siyasi fəaliyyətini davam etdirəcək.

"Mən AXCP-nin tərkibində siyasi fəaliyyətimi davam etdirəcəyəm. Daha çox və kəskin tənqid edəcəyəm (hakimiyyəti). Biz bütün siyasi məhbusların azad edilməsi uğrunda mübarizəni davam etdirəcəyik", - M.İbrahim deyib.

M.İbrahim qeyd edib ki, onun siyasi mübarizəsi Azərbaycanda demokratik dəyərlər bərqərar olana qədər davam edəcək.