Siyasi məhbus Məmməd İbrahimə qarşı təxribat törədilib


AXCP Rəyasət Heyətinin üzvü Məmməd İbrahimə azadlığa çıxmasına 2 gün qalmış təxribat törədilib.

Siyasi məhbusun oğlunun feysbukda yazdığına görə o, bu gün saxlandığı çəzaçəkmə müəssisəsində cərimə kamerasına- karsa salınıb. Səbəb kimi isə Məmməd İbrahimin yastığının altından bıçaq tapılması göstərilib. Cəza müddətinin bitməsinə iki gün qalmış bir adamın yastığının altında bıçaq saxlaması heç də ağlabatan deyil. Onu saxta ittihamla həbs etdikləri kimi, saxta yolla yeni ittiham da irəli sürə bilərlər.

İş vaxtı bittiyi üçün Penitensiar Xidmətlə əlaqə saxlamaq imkanımız alınmadı. Məsələni nəzarətdə saxlayacağıq.

/Azadliq.info/