" Bu qədər ədalətsiz, bu qədər zalım rejimin yeri əlbəttə ki, tarixin zibilliyidir"- Əli Kərimli



"Heç bir siyasi ambisiyası olmayan, ancaq əqidəsi, ölkəsilə bağlı arzuları və ləyaqəti olan bir həmvətənimizin başına gətirilənlər Vətənimizin nə qədər dəhşətli durumda olduğunu çox aydın nümayiş etdirir".

Bu sözləri AXCP sədri Əli Kərimli öz feysbuk səhifəsində yazıb.

7gun.org həmin yazını olduğu kimi təqdim edir:

"Murad Ədilovun yeganə təqsiri Natiq Ədilovun qardaşı, üstəlik də cəbhəçi olmasıdır. 5-ci ildir bu günahsız adamı 3 körpəsindən ayırıb, məhbəsdə çürüdürlər ki, İlham Əliyevin sərt tənqidçisi, AXCP Rəyasət Heyətinin üzvü Natiq Ədilovdan qisas alsınlar. Bu qədər ədalətsiz, bu qədər zalım rejimin yeri əlbəttə ki, tarixin zibilliyidir və o haqq etdiyi yerinə qovuşacaq. Hələlik isə Murad bəy bu haqsızlığa təkbaşına üsyan edir, cəzaçəkmə müəssisəsində aclıq keçirir. Daha tanınmış siyasi məhbuslara daha artıq diqqətin olması təbiidir. Ancaq ədalət prinsipi bizdən tələb edir ki, nisbətən az tanınan siyasi məhbusların qarşılaşdığı dəhşətli haqsızlıqlara da göz yummayaq. Onların harayını cəmiyyətə və dünyaya çatdıraq!".


" Bu qədər ədalətsiz, bu qədər zalım rejimin yeri əlbəttə ki, tarixin zibilliyidir"