Aclıq edən məhbus görmə qabiliyyətini itirib-VİDEO


Penitensiar Xidmətin Müalicə müəssisəsində rus millətindən olanYan Raznobarski iki aydır aclıq keçirir. Prokuorluq və məhkəmə orqalarının ona qarşı ədalətsiz qərarları Raznobarskini bu addımı atmağa məcbur edib.

7gun.org-ın məlumatına görə, Azadliq.info-ya müraciət edən həyat yoldaşı Sofiya Xaliman onun sağlıq durumundan narahatlığını bildirib. Vəziyyətinin kritik həddə çatdığını deyib.
“Bu günə Yanın vəziyyəti olduqca ağırdır, çünki aclığın 61-ci günüdür. Onun görmə funksiyası pozulub, psixoloji fonu dayanıqlı deyil. Yan Ədliyyə Nazirliyinin penitensiar xidmətinin tibb idarəsinin həkimlərinə kritik durumun dayandırılması üçün 3 sistem vurmağa icazə verib, bununla yanaşı beynin zədələnməsi ehtimalı var. Həyat yoldaşım və mən onun günahsız olduğunu isbat edən sübut və sənədləri təqdim etmək üçün hörmətli Ədliyyə Nazirliyi Fikrət Məmmədovun və hörmətli Baş prokuror Zakir Qaralovun qəbuluna düşməyə ümid edirik. Penitensiar Xidmət rəhbərliyi, xüsusən də, Penitensiar Xidmətin Tibb İdarəsi bizim xahişlərimizin ölkənin birinci şəxsinə çatdırmaq üçün kömək edəcəklərinə söz veriblər, çünki cüzi ləngimə Yan Raznobarski üçün ağır nəticələnə bilər. Hər kəsdən əllərindən olan imkanlar vasitəsilə bizim ağrı və kədərimizi çatdırmağa yardım etməyi xahiş edirik”,- deyə Sofiya Xaliman bildirib.