AXCP-nin iki fəalı 30 sutka həbs edilib


AXCP fəalları Yaşar Fərazi və Rahib Qurbanov iyulun 4-də polisə tabe olmamaq ittihamı ilə 30 sutka inzibati qaydada həbs ediliblər.

Y.Fərazi yaşadığı Abşeron rayonunda saxlanılıb.
Polis əməkdaşları onu evdən aparıblar, Turan-a AXCP-dən bildiriblər.

Fəalın doğmalarına açıqlama verilməyib. Axşama yaxın doğmaları xəbər tutublar ki, Abşeron Rayon Məhkəməsinin qərar ilə Y.Fərazi 30 sutka həbs edilib. O, İnzibati Xətalar Məcəlləsinin 535.1-cı maddəsilə təqsirli bilinib. Guya küçədə ünvansız söyüş soyüb. Polis əməkdaşları onu sakitləşməyə çağırıblar, ancaq o, tabe olmayıb.

İyulun 4-də Suraxanı rayon təşkilatının sədr müavini Rahib Qurbanov analoji ittihamla həbs olunub. Onu polis şöbəsinə aparıblar, axşama yaxın 30 sutka həbs ediblər.

AXCP fəalların həbsinin siyasi sifariş olduğunu hesab edir.

Partiya xatırladır ki, 10 nəfər AXCP üzvü cinayət ittihamı ilə həbsdədir.