Emin Aslan 30 sutka həbs edilib


İyunun 4-də axşam saxlanılan gənc fəal Emin Aslan polisə tabe olmamaq ittihamı ilə 30 sutka həbs edilib.

İyunun 5-də axşam Nərimanov Rayon Məhkəməsinin hakimi Rəşad Abdulov bu barədə qərar çıxarıb.

7gun.org Turan İA-nə istinadən xəbər verir ki, məlumatı fəalın vəkili Elçin Sadıqov verib. Ancaq onu məhkəməyə buraxmayıblar.

"Tələblərimə baxmayaraq, məni müdafiə etdiyim şəxsin yanına buraxmadılar", - vəkil bildirib.