Müdafiə tərəfi fəalın ev dustaqlığına buraxılması barədə vəsatət qaldıracaq


Bakı, 22/05/2018, 7GÜN XƏBƏR: Dünən Bakı Apellyasiya Məhkəməsi AXCP üzvü Mirfeyzulla Seyidovun həbsilə bağlı şikayəti təmin etməyib. Müdafiə tərəfi ağır xəstə olan fəalın ev dustaqlığına buraxılması barədə vəsatət vermək niyyətindədir.

Vəsatət mayın 23-də təqdim olunacaq. Bu barədə vəkil Cavad Cavadov bildirib.

Onun sözlərinə görə, Apellyasiya Məhkəməsində M.Seyidov ittihamla razı olmadığını bildirib və səhhətinin ağır olması ilə əlaqədar azadlığa buraxılmasını xahiş edib.

M.Seyidov mayın 9-da saxlanılıb. Növbəti gün məhkəmə onu qanunsuz narkotik maddə dövriyyəsində ittiham edərək 4 ay müddətinə həbs edib. AXCP-dən bildiriblər ki, M.Seyidov siyasi motivlərlə təqib olunur.