"Mehman Hüseynova və digər siyasi məhbuslara azadlıq" tələbilə aclıq davam edir
Müsavat Partiyasının mənzil-qərargahında "Mehman Hüseynova və digər siyasi məhbuslara azadlıq" tələbilə aclıq davam edir.7gun.org-ın məlumatına görə aclıq iştirakçısı Xədicə İsmayılova qeyd edib ki, onunla yanaşı fəal Aygül Cəfərova, Zəfər Əhmədov (siyasi məhbus, AXCP fəalı Fuad Əhmədlinin atası), Rafiq Baxışov (siyasi məhbus, AXCP fəalı Orxan Baxışlının atası) və Rövşən Niftalızadə aclığı davam etdirirlər.
Hələlik fəalların səhhətində fəsad yaranmayıb.
Yanvarın 7-də Müsavat Partiyasının mənzil-qərargahında bloger Mehman Hüseynova dəstək olaraq aclıq aksiyası başlayıb. M.Hüseynov koloniya əməkdaşının döyülməsi ittihamı ilə ona qarşı cinayət işinə etiraz olaraq dekabrın 26-dan aclıq edir.
Aygün Mustafayeva