Həbsdə olan müxalifətçi Mehman Hüseynova dəstək olaraq aclıq elan edib
Yanvarın 9-da Bakı Apellyasiya Məhkəməsi Müsavat Partiyasının fəalı Azad Həsənovun ev dustaqlığına keçirilməsilə bağlı şikayətini təmin etməyib. Bu barədə onun vəkili Osman Kazımov bildirib.
Onun sözlərinə görə, məhkəmə iclası zamanı A.Həsənov bloger Mehman Hüseynova dəstək olaraq və təcridxanada doğmaları ilə görüş və telefonla danışmaq hüququnun pozulmasına görə aclığa başladığını elan edib.
* Mehman Hüseynovun həbs müddətinin bitməsinə ik ay qalmış 2018-ci il dekabrın 26-da ona qarşı koloniya əməkdaşını döyməsilə bağlı yeni ittiham irəli sürülüb. O, uydurma ittihama etiraz olaraq aclıq elan edib və indiyədək davam etdirir.
** Azad Həsənov 2014-cü ildən Litvada siyasi mühacirətdə olub. Oktyabrın 10-da xəstə atasına baş çəkmək üçün Bakıya gəlib. Lakin növbəti gün onu saxlayıblar. Ona qarşı CM-in 234.4.3-cü maddəsi (külli miqdarda narkotik maddənin qanunsuz dövriyyəsi) ilə ittiham irəli sürülüb. Oktyabrın 12-də məhkəmə onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçib. Müsavat Partiyası A.Həsənovun siyasi motivlərlə təqib olunduğunu bildirib.
Hüquq müdafiəçiləri A.Həsənovu siyasi məhbus elan ediblər.
Turan