Qırmızı Xaç Komitəsinin nümayəndələri 13 saylı koloniyada aclıq edən siyasi məhbuslara baş çəkiblər


Yanvarın 15-də Qırmızı Xaç Komitəsi ofisinin əməkdaşları 13 saylı koloniyada aclıq edən siyasi məhbuslar İlkin Rüstəmzadə, Əhsən Nuruzadə, Bayram Məmmədli və Elçin İsmayıllıya baş çəkiblər.

Bu barədə hüquq müdafiəçisi Oqtay Gülalıyev məlumat verib. Onun sözlərinə görə, Qırmızı Xaç Komitəsinin işçiləri həmin məhbusların saxlanma şəraiti ilə tanış olublar. Onlar koloniya rəhbərliyinə tövsiyə ediblər ki, aclıq edənləri digər məhbuslardan ayırsınlar və onlar həkim nəzarətinə götürülsün, ailə üzvləri ilə ünsiyyət üçün şərait yaradılsın.