Novxanı qəsəbəsində “qanunsuz dini fəaliyyət” aşkar edilib


Noyabrın 23-də Dövlət Təhlükəsizliyi Xidməti, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və polisin birgə reydi zamanı Novxanı qəsəbəsi bağ massivində vətəndaş Elçin Hüseynova məxsus ərazidə "qanunsuz dini fəaliyyət" aşkar edilib. Bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin məlumatında deyilir.

Faktla bağlı inzibati qaydada protokol tərtib edilib və məhkəməyə göndərilib. Lakin "qanunsuz fəaliyyət"in nədən ibarət olduğu və inzibati icraatın hansı pozuntu üzrə başlandığı açıqlanmır.

/Turan.az/