Dövlət Statistika Komitəsi: "Daşkəsəndə üç nəfər işsiz var"
"Sosial şəbəkələrdə yayılan rəqəmlər Azərbaycandakı işsizlərin sayını göstərmir, orada işsizlikdən sığorta ödənişi alanların sayı əks olunub"
Bunu "7gun.org"-a açıqlamasında Dövlət Statistika Komitəsinin (DSK) Əmək statistikası şöbəsinin müdiri Nemət Xuduzadə deyib.
O bildirib ki, işsizlikdən sığorta ödənişini işsiz statusu alan şəxslər ala bilərlər: "Qeyd olunan məlumatları Komitə rəsmi olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən alır. Rəsmi məlumatlara görə, sentyabr ayının 1-i vəziyyətinə ölkədə 35 440 nəfər işsiz statusu alan şəxs var".
Şöbə müdiri sosial şəbəkələrdə yayılan siyahıdakı rayonlar üzrə işsiz statusu və işsizlikdən sığorta ödənişi alan şəxslərin siyahsını da açıqlayıb.
Siyahını təqdim edirik:
Azərbaycanda olan rəsmi işsiz statusu alanların sayı
Tovuz rayonu üzrə 230
Goranboy rayonu üzrə 174
Ağstafa rayonu üzrə 151
Daşkəsən rayonu üzrə 3
Balakən rayonu üzrə 181
Qəbələ rayonu üzrə 127
Astara rayonu üzrə 92
Qusar rayonu üzrə 95
Beyləqan rayonu üzrə 170
Ağcabədi rayonu üzrə 313
İşsizlikdən sığorta ödənişi alanların sayı
Tovuz rayonu üzrə 6
Goranboy rayonu üzrə 4
Ağstafa rayonu üzrə 3
Daşkəsən rayonu üzrə 0
Balakən rayonu üzrə 3
Qəbələ rayonu üzrə 3
Astara rayonu üzrə 1
Qusar rayonu üzrə 1
Beyləqan rayonu üzrə 1
Ağcabədi rayonu üzrə 1