İlqar Məmmədovun işi üzrə məhkəm qeyri-müəyyən müddətə təxirə salınıb


Şəki Apellyasiya Məhkəməsində REAL partiyasının lideri İlqar Məmmədovun işi üzrə yeni təhqiqat qeyri-müəyyən müddətə təxirə salınıb. Rəsmi olaraq bu, dövlət ittihamçısının gəlməməsi ilə əsaslandırılıb.

Amma fəallar prokurorlu məhkəmə binasında görüblər.

Məmmədovun tərəfdarları hesab edirlər ki, hakimiyyət prosesi Bakıdan çox sayda vətəndaş cəmiyyəti nümayəndələrinin, müxalif siyasətçilərin və Qərb diplomatlarının gəlməsi ilə əlaqədar təxirə salıb.

Məmmədov 2013-cü ildə İsmayıllı iğtişaşlarının təşkili ittihamı ilə 7 il müddətinə azadlıqdan məhrum edilib.

Amma Avropa Məhkəməsi iki dəfə bu qərarın əsassız olması haqqında qərar qəbul edib.

Bundan sonra Azərbaycan Ali Məhkəməsinin plenumu iyunun 29-da yerli məhkəmələrin əvvəlki qərarları ləğv edilib və iş yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilib.

Tiuran