Cəbrayılın başçısı da işləmir:Elman Rüstəmovun güllələnmiş kadrının dosyesi


2016-cı ildən Cəbrayıl rayonuna Kamal Həsənov rəhbərlik edir. Bu müddət ərzində onun hansı fəaliyyəti diqqət çəkib?

Bu suala cavab tapmağa qərar verdik. Amma K.Həsənovun icra başçısı kimi hər hansı müsbət əməlləri haqda məlumatlar meydana çıxmadı.
Cəbrayıl RİH başçısı vəzifəsinə qədər Mərkəzi Bankda Baş müfəttiş, şöbə müdiri vəzifəsində işləmiş K.Həsənov 2 ildə cəbrayıllı köçkünlərin problemlərinə can yandırmayıb.

Cəbrayıl RİH-nin rəsmi saytında fəaliyyət bölümünə daxil olduqda da hansı işlərin görüldüyünə dair fakt yoxdur.

Sadəcə, ümumi informasiyalar yerləşdirilib ki, nə qədər məktəb, xəstəxana var, DSMF necə işləyir və s.
Kamal Həsənov Cəbrayıl rayonu Quycaq kəndində anadan olub. O, sovet dövründə komsomol katibi vəzifəsində çalışıb.

Son iş yeri isə Mərkəzi Bankda lisenziyalaşdırma şöbəsinin rəisi vəzifəsi olub. Yəni, baş bankir Elman Rüstəmovun kadrıdır.

K.Həsəniv medianın gündəminə güllələnmə ilə gəlib. Bir müddət əvvəl mətbuat yazırdı ki, Cəbrayılın icra başçısı ilə rayonun polis rəisi Araz Şahverdiyevin qardaşı Şahin Şahverdiyev arasında insident yaşanıb.

İddia olunurdu ki, şəxsi zəmində baş vermiş mübahisə nəticəsində Şahin Şahverdiyev tüfənglə icra başçısının başının üzərindən atəş açıb.
Məlumatda bildirilir ki, Şahin Şahverdiyev mərhum deputat Astan Şahverdiyevin qardaşı oğludur.

İddialara görə, elə deputatın məsələyə müdaxiləsindən sonra məsələnin böyüməsinin qarşısı alınıb. Bu haqda criminal.az yazmışdı.
Astan Şahverdiyev isə bu məlumatın əsassız olduğunu demişdi. “Cəbrayılın polis rəisi mənim qardaşım oğludur.

Bunu bilməyən yoxdur. Şahin Şahverdiyev isə onun ögey qardaşıdır. Özü də psixoloji problemləri var.

Onunla indiki icra başçısı arasında hər hansı problem olmayıb. Keçmiş icra başçısı ilə xırda problem olmuşdu.

Bu məlumatlar əsassızdır”, – deyə Astan Şahvverdiyev bildirmişdi. Psixoloji problemlərinin olduğunu deməsi isə işin mahiyyətini açır.
Bu xüsusda apardığımız araşdırmalardan belə məlum olur ki, icra başçısı cəbrayıllı sakinləri ilə görüşmür, köçkünlərin problemləri ilə yaxından maraqlanmır. Onun əsas işləri bank sektoru ilə əlaqəlidir və qurduğu bizneslə məşğuldur.

Eyni zamanda bankir olması maliyyə maxinasiyalarını ustalıqla həyata keçirmək imkanı yaradıb. K.Həsənov Cəbrayıl maliyyə şöbəsi ilə şərikli iş qurmağı bacarır.

Faktiki olaraq Cəbrayıl sakinləri üçün bu 2 ildə nə işlər görüldüyü barəsində heç bir informasiya yoxdur. Bu fəaliyyətsizliyi ilə K.Həsənov narazılıq yaradır.

Halbuki, sabiq icra başçısı əhalini ayağa qaldıranda, artıq-əskik danışanda yerinə işləyən kadr təyin olunduğu ehtimal edilirdi. Amma ümidləri doğrultmadı.

İcra hakimiyyətləri əhalinin ən çox narazılıq etdiyi qurumlardır. Rəsmi məlumatlar da bunu deməyə əsas verir.

Belə ki, Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov ötən ilin yekunları ilə bağlı danışarkən ən çox şikayət olunan İcra hakimiyyətlərinin adlarını açıqlayıb.

Rəsmi məlumata görə 2016-cı illə müqayisədə müraciətlərin sayı Beyləqan, Cəbrayıl, Kəlbəcər, Laçın, Saatlı, Sabirabad, Şamaxı və digər rayonlarda artıb.

Maraqlı məqam ondadır ki, şikayətlərin artığı İcra hakimiyyətləri ilə bağlı mütəmadi olaraq neqativ məlumatlar yayılır. Adıçəkilən icra qurumlarında dəyişikliklərin olacağı da istisna deyil.

Cəbrayıl rayonuna başçılıq edən Kamal Həsənov da ən çox şikayət olunan icra başçılarındandır. Qeyd edək ki, K.Həsənov ixtisasça iqtisadçıdır.
Cəbrayıl rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov 1993-1996-cı illərdə “Çinar” Kommersiya bankında İdarə Heyətinin sədr müavini, sədr, Şuranın məsul katibi, 1996-cı ildən 18.04.2016-cı il tarixədək isə Azərbaycan Respublikasının Mərkəzi Bankında Baş müfəttiş, şöbə müdiri vəzifəsində işləyib. 18 aprel 2016-cı ildən etibarən isə Cəbrayıl rayonuna başçılıq edir.

Görünən odur ki, daim maliyyə sahəsində böyük təcrübəyə sahib olan K.Həsənov rayon idarəçiliyi o, qədər də ürəkaçan deyil.

Şikayətlərin sayının ildən-ilə artması da bunu deməyə əsas verir. (Fia)