Əziz Əzizov satmağa torpaq axtarır...-İDDİA


Əmlak Məsələləri Üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənovun çətiri altında Cəlilabaddan Yasamal kimi iri rayona rəhbər gəlməyə müvəffəq olan keçmiş spirt alverçisi Əziz Əzizovla bağlı DİA.AZ-a yeni məlumat daxil olub.

Bu barədə redaksiyamızı bilgiləndirən məlumatlı mənbə iddia edir ki, artıq "yuxarılar" yeni icra başçısının bütün faəliyyətini nəzarətə götürüblər. Mənbə dia.az-a bildirir:

"Əziz Əzizov gəldiyi ilk günlərdən yerli sahibkarlarla düz gəlmədi. İndi də satmağa torpaq yeri axtarır. Daha başa düşmür ki, buna qədər İbrahim Mehdiyev az qala bütün Yasamalı xırıd edib. Ona görə də hazırda Əziz Əzizovun "ekspertləri" rayon ərazisini qarış-qarış gəzməkdədirlər. Məqsədləri isə küncdə-bucaqda diqqətdən kənarda qalan ərazilərdir. Artıq bir neçə tikinti şirkətinə təklif olunası ərazilər də müəyyənləşib ki, bütün bunlar da məhz "yuxarılar" tərəfindən təqib olunur".

Qeyd edək ki, əvvəlki icra başçısı İbrahim Mehdiyev Yasamalda yaşıllıqları məhv etməsi ilə də diqqətə gəlmişdi ki, onun gedişində də sözügedən faktor mühüm rol oynamışdı. İndi isə Əziz Əzizov eyni üsulla İbrahim Mehdiyevin gedişlərini təkrarlayır. Bu isə onun barəsində neqativlərin artması anlamına gəlir.

Qeyd edək ki, yaxın vaxtlarda Əziz Əzizovun hansı sahibkara nələri təklif etməsi ilə bağlı maraqlı faktları da diqqətinizə təqdim edəcəyik.