"Bu ölkədə xalq üçün mübarizənin sonu ya ölüm yada həbsdir"-Sevinc Sadıqovadan sərt sözlər
Cəlilabad rayon Polis Şöbəsinin əməkdaşları keçmiş siyasi məhbus Əfqan Sadıqovu axtarır.
7gun.org xəbər verir ki, bu barədə Əfqan Sadıqov öz feysbuk səhifəsində məlumat paylaşıb. Məlumata görə rayon polis şöbəsinin əməkdaşları bu gün iki dəfə onun yaşadığı evə gəlib. Əfqan Sadıqovun özü və ailəsi bundan narahatdır.
Həyat yoldaşının polis əməkdaşları tərəfindən axtarılmasına münasibət bildirən Sevinc Sadıqova özünün feysbuk səhifəsində bunları yazıb:"Dəyərli xalqım, Əfqan Sadıqovun həyatına təhlükə var. Bu ölkədə xalq üçün mübarizənin sonu ya ölüm yada həbsdir".