Cəmil Həsənli Məmməd İbrahimə qarşı olan haqsızlığa münasibət bildirdi
"İlham Əliyevin ölkənin hüquq sisteminin kürəyinə, ədalitin ürəyinə, demokratiyanın qəlbinə sancdığı bıcaqdır ki, zindanı bu gün tərk etməli olan Məmməd İbrahimin yasdığının altından çıxıb".Bu sözləri Milli Şuranın sədri Cəmil Həsənli öz feysbuk səhifəsində paylaşıb.
7gun.org həmin yazını olduğu kimi təqdim edir : " Bu gün AXCP sədrini müşaviri Məmməd İbrahim 3 illik ağır zindan həyatından sonra azadlığa çıxmalı idi. O, bu 3 ildə sağlamlığını, gözlərinin işığını itirmişdi. Amma Məmməd bəy çıxmadı, iki gün əvvəl onun yastığının altından özləri qoyduğu bıcağı çıxarıb saxta bir ittihamla bu gün haqqında iki aylıq həbs qərarı çıxardılar.
Bu İlham Əliyevin ölkənin hüquq sisteminin kürəyinə, ədalitin ürəyinə, demokratiyanın qəlbinə sancdığı bıcaqdır ki, zindanı bu gün tərk etməli olan Məmməd İbrahimin yasdığının altından çıxıb. Ölkənin müdafiə xərclərini, Qarabağın düşmən əsarətindən azad edilməsi üçün ayrılmış büdcə vəsaitlərin London ofşor hesablarına əyri, natəmiz, oğurluq yollarla göndərən, Rusiya ilə silah ticarətindən "otqat" alıb ölkənin müdafiə sisteminə ağır zərbə vuran bir hakimiyyətdən bundan artıq hansı rəzaləti gözləmək olardı?.