“Mənim həbsim siyasi fəaliyyətimlə bağlıdır":- Orxan Baxışlı
7gun.org xəbər verir ki, Sentyabrın 10-da Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahmud Ağalarovun sədrliyi ilə AXCP üzvü Orxan Baxışlının cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Ötən proseslərdə olduğu kimi məhkəmə zalına məhdud sayda insanlar buraxılıb, məhkəmədə iştirak etmək istəyənlər, eləcə də media nümayəndələrinin zala keçməsinə əsassız olaraq imkan verilməyib.
Orxan Baxışlı məhkəmədə ifadə verərək, polis tərəfindən hər zaman təqib olunduğunu bildirib: “Mənim həbsim siyasi fəaliyyətimlə bağlıdır. Xüsusilə də 3 may 2018-ci il tarixdə mərhum jurnalist Elmar Hüseynovun qəbrini ziyarət zamanı çıxışıma görədir. Ayın 7-də məni polis idarəsinə apardılar, cibimdə heç bir şey olmayıb. Əməliyyatçı Şirəli Babayev məni yoxladı. Onun əynində dəri gödəkcə var idi. Şirəli Babayev cibimə qoyduğu narkotiki öz gödəkcəsindən çıxarıb cibimə qoydu”.
Növbəti məhkəmə 13 sentyabr saat 16:00-a təyin olunub.