Oktay Gualiyev:"Gənclər niyə partiyadan istefa verirlər?"


"Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) uzun zamandır siyasi proseslərdən uzaqlaşması, partiyada baş verən yarıtmaz idarəetmə və siyasi passivlik təşkilatın taleindən narahat olan insanlarda ciddi narahatçılıqlar yaradıbdır.

KXCP-də təmsil olunan tanınmış şəxslərin ard-arda verdikləri istefalar artqın təşkilatın durumunun yaxşıya doğru getmədiyindən xəbər verir. KXCP sədri Mirmahmud Mirəlioğlunun baş verən prosesləri idarə edə bilməməsi və yaxud proseslərdən kənarda durub, seyrici mövqe tutması , partiya üzvlərinin rəhbərliyə etdikləri müraciətlərin aylardır ki, cavabsız qalması, partiya rəhbərliyində təmsil olunan şəxslərin sədrin iradəsindən kənara çıxmaq imkanında olmamaları təşkilatın idarəetməsində ciddi nöqsanların olmasını təsdiqləyir. Belə bir vəziyyətdə partiya sədrliyinə namizədliyini irəli sürən tanınmış hüquq müdafiəçisi Oqtay Gülalıyev şəxsinə qarşı yürüdülən sifarişli hücumlara rəğmən baş verən proseslərə özünün möveini açıqlayaraq, partiyadan istefa verən insanları yenidən təşkilata qayıtmağa çağırıb.

7gun.org tanınmış hüquq müdafiəçisi Oqtay Gülalıyevin özünün feysbuk səhifəsində yazdığı yazını təqdim edir:

"Üzvü olduğum Klassik Xalq Cəbhəsi Partiyasında (KXCP) növbəti istefalar başlayıb. Partiyanın mübariz, əqidəli üzvlərindən olan, Ali Məclisin üzvü Elshen Elisoy başda olmaqla bir qrup gənc partiya sıralarından istefa verdiyini açıqlayıb. Gənclər niyə partiyadan istefa verirlər?

Əvvəla onu qeyd edim ki, Elşən bəy və onunla birgə istefa verdiyini açıqlayan şəxslər KXCP Ağsu rayon şöbəsinin üzvləridir. KXCP Ağsu şöbəsi partiyanın ən fəal, mübariz şöbələrindən olub. Şöbənin sədri Yaqub Babalı bu ilin əvvəllərində bir qrup şəxslə yumşaq desək partiyadakı idarəetməyə etiraz edərək təşkilatdan istefa verdi. Bəzi məsələlərdə fərqli fikirlərdə olsaq da bidirim ki, Yaqub bəyi Milli Azadlıq Hərəkatının fəallarından olmaqla, mübariz, əqidəli, əxlaqlı şəxs kimi tanımış və hörmət etmişəm. Bu gün də edirəm. Ömrünün az qala yarısını bir təşkilata həsr etmiş şəxsin bu vəziyyətdə və bu sonluqla partiyadan istefa verməsi çox üzücüdür və ağırdır. Bundan da ağır odur ki, adam ömrünü, həyatını verdiyi təşkilatdan istefa verir çox az adam bu hadisədən narahat olur. Çox düşündürücü və ağır mənzərədir…

Bu gün də partiyanın bir qrup gənci partiyadan istefa verir. Amma görünən odur ki, yenə heç kim narahat olmur. Elşən Əlisoy keçmiş siyasi məhbusdur. 2003- cü il hadisələrinin zərərçəkənlərindən olmaqla qanunsuz həbs həyatı yaşayıb. Bəzi partiya sədrləri İlham Əliyevin adını çəkməyə cəsarət etmədikləri halda o, dövlət başçısını məhkəməyə verib. Ona qarşı olanlar da elə bu hadisədən sonra başladı...
Gənclərin istefa açıqlamalarından məlum olur ki, onların KXCP- dən getmələrinin səbəbi də yanlış idarəetmə ilə bağlıdır. Partiya rəhbərliyinə 30-a yaxın gəncin ünvanladığı müraciətə 11 aydır baxılmır, cavab verilmir (!?). Onların təmsil olunduqları özək təşkilatlarının nəticələrini qeydiyyata alıb Ağsu rayon şöbəsində konfrans keçirilməsinə imkan verilmir. Bu isə həm şöbənin, həm də Elşən bəy başda olmaqla həmin gənclərin qurultaydan kənarda qalması deməkdir. Psixoloji əsəb gərginliyinə dözməyən gənclər istefa verməyi daha üstün tutublar.

Görürsünüzmü mübariz insanları, xüsusən gəncləri milli- demokratik təşkilatlardan, hakimiyyətə qarşı mübarizədən necə yayındırırlar? Sonra da deyirlər ki, müxalifət niyə zəifləyir, niyə mitinqlərə az adam gəlir və s?. Necə ola bilir İlham Əliyevdən orden- medal alıb müxalifətə dönük çıxanları təbrik etməyə, Əli Həsənovla görüşüb saxta dialoq aparmağa, Avropa Oyunlarında iştirak edib selife çəkdirməyə vaxt tapan partiya rəhbərliyi 1 ilə yaxındır ki, partiya üzvü olan 30 gəncin soğrusunu cavablandırmağa vaxt tapmır? Yeri gəlmişkən KXCP sədri, hörmətli Mirmahmud bəy və İdarə Heyəti 6- cı aydır mənim də soğruma cavab vermir. Öz üzvlərinin sorğularını, müraciətini cavablandırıb onların narahatlığını bölüşməyən təşkilata sadə vətəndaşlar, xalq necə və niyə inanmalıdır? Öz üzvlərinin istək və arzularına hörmət etməyən təşkilatlar və şəsxlər hansı haqla hakimiyyətdən izahat və haqq- ədalət tələb edir?

Hesab edirəm kimliyindən asılı olmayaraq öz üzvlərinin, vətəndaşların soğrularını cavablandırmayanlara qarşı ictimai təpki və tələb də olmalıdır. Cəmiyyət qanunları, qaydaları pozanlara müxalifətdə və ya hakimiyyətdə olmasından asılı olmayaraq həssas və adekvat yanaşmalıdır.

Elshen Elisoyu, Yaqub Babalını və digər gəncləri istefa qərarlarından geri durmağa, KXCP rəhbərliyini isə partiya üzvlərinin sorğu və şikayətlərinə cavab verməyə çağırıram!"