"Qorxmaz Hüseynovu Azərbaycan Konstutusiyasına hörmət etməyə çağırırıq”
Lerik rayonunun Şivlə, Biləvər və Geskön kəndlərinin əhalisi bu dəfə də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət ediblər.7gun.org xəbər verir ki, ölkə başçısına ünvanlanan rəsmi məktubun surəti AzToday.az saytına göndərilib.
Sakinlər kəndlərinə yaxın bulağın "Azərsu” rəhbəri Qorxmaz Hüseynov və Lerik rayon İcra Hakimiyyəti tərəfindən zorla başqa kəndə aparılması üçün cəhdlər edildiyini qeyd ediblər.
Onlar deyirlər ki, suyun mənbədən götürülməsi qanunla da qadağandır, həmçinin bu su aparılacaqsa, kəndlər susuzluqdan köçmək məcburiyyətindən qalacaq. Bundan əlavə, 20 hektardan artıq meşə massivi məhv olacaq.
Bundan başqa, "Mingəçevirdə yaranan "işıq böhranı” zamanı "Azərsu” ASC-nin fəaliyyətindəki qüsurlar və sədri Qorxmaz Hüseynovun da qeyri-peşəkar fəaliyyəti diqqətimizdən yayınmadı. Ölkəyə belə məmur lazım deyil”, – sakinlər bildiriblər.
Sakinlər Bakını iki gün susuz qoyan, hələ də problemi tam aradan qaldırmayan qurumun fəaliyyətini tənqid edib, Qorxmaz Hüseynovu istefaya göndərməyi xahiş ediblər.
Müraciətin tam mətnini təqdim edirik:"Cənab Prezident, son günlər ölkədə baş verən xoşagəlməz olayları biz də izləyir, dövlətçiliyə təhlükə yaratmağa çalışan radikal quruplaşmaların fəaliyyətini kəskin qınayırıq. Bəyan edirik ki, istənilən təxribat dövlətimizi sarsıda bilməz və biz hər zaman dövlətçiliyimizin yanında olacağıq.
Son günlər Gəncədə baş verən hadisələrin də hansısa təxribatçı qruplar tərəfindən törədildiyinə dair məlumatları medidan izləyir, bunları da kəskin qınayır, dövlətə silah qaldıran hər kəsin qanunla cəzalandırılmasını arzulayırıq…
Mingəçevirdə baş verən qəzaya gəlincə, burada baş verən qəzadan qaynaqlanan "işıq böhranı”nı bütün ölkə vətəndaşları kimi biz də hiss etdik. Burada Sizin dediyiniz kimi, məmur məsuliyyətsizliyi də ciddi rol oynadı…
"Məmurlar xalqı dövlətdən narazı salır”Cənab Prezident, ölkədə belə hallara şərait yaradan məmurlar təbii ki, az deyil və onların yarıtmaz fəaliyyəti vətəndaşları dövlətdən küskün salır. Buraya "Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov da daxildir və bu müraciəti də məhz onunla bağlı yazırıq.
Ümid edirik ki, Siz bu məmurların fəaliyyətindəki nöqsanların ciddi araşdırılmasına tapşırıq verəcək və onlar layiqli cəzalarını alacaqlar.
Bu isə bizim Sizə sayca 15-ci müraciətimizdir. Təəssüf ki, hansısa məmurlar, məmurların havadarları müraciətlərimizin Sizə çatmasını əngəlləyir, yazdığımız məktublara dərkənar qoyaraq, elə şikayət etdiyimiz idarə və qurumlara göndərirlər. Onlar da yazdıqlarımızı lağ, gülüş, hətta Lerik Rayon İcra Hakimiyyəti – başçı və müavini Habil Məlikov səviyyəsində hədə-qorxu obyektinə çevrirlər…
Bir daha xatırladaq ki, Şivlə, Biləvər və Keskön kəndlərinin 1200 nəfərdən artıq əhalisi var. 45 ev olan Şivlə kəndi Qarabağ savaşında 7 şəhid vermiş, 3 əlilimiz var.
Gəncədəki olaya da təsadüfən toxunmadıq. Çünki bu kəndin şəhid övladı Ağayev Fərhad İslam oğlu Respublikamızda dövlət çevrilişinə cəhdin qarşısını alarkən, 1995-ci ilin mart hadisələrində şəhid olmuş, mərhum prezident Heydər Əliyev tərəfindən həmin ilin may ayınında Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür. Bundan sonra da dövlət üçün təhlükə olsa, biz onun qarşısını almağa hazırıq.
"Korrupsiyaya qarşı çıxdıq”Biz Azərbaycan dövlətinə sadiqik, dövlətin bütün tədbirlərində ruh yüksəkliyi ilə iştirak etməklə ondan heç bir əlavə tələbimiz yoxdur. Lakin rayonumuzun icra başçısı Rövşən Bağırov və "Azərsu” ASC rəhbəri Qorxmaz Hüseynov əllərində Sizin sərəncamınızı bayraq edərək, bizə zülm edirlər. Siz bəzi kəndlərin su ilə təmin olunması üçün vəsait ayırmısınız, onlar da həmin kəndlərdə 3 su mənbəyi olduğu və artezan vurula biləcəyi, kəndin yanında Şərətük və Alaşar çayı axdığı halda bizim suyu aparmaqda israrlıdırlar.
Səbəbi isə korrupsiyaya qarşı çıxmağımızdır.Cənab Prezident, Siz Lerik-Noda-Xanəgah avtomobil yolunun tikilməsi üçün 17 milyon manat pul ayırdınız. Həmin yol tikilsə də, istismar müddəti 1 il də davam etmədi, dağılıb bərbad oldu (Bununla bağlı da 50-dən çox fotoşəkli rəsmi poçtla Sizə ünvanlayacağıq). Biz də başçı Rövşən Bağırovdan Şivlə və Biləvər kəndlərinin 3 kilometrlik yolunun çəkilməsinə kömək etməyini xahiş etdik. O isə yol üçün topladığımız 3650 manatı yanacaq pulu adıyla əlimizdən aldı, yolumuzsa çəkilmədi. Pulu geri tələb etdik… O gündən kəndlərimiz Rövşən Bağırovun qara siyahısına düşdü.
Sonuncu dəfə yanında olanda dedi ki, mən "Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynovla danşmışam. O məndən mənbə istədi, mən də sizin suyu verəcəyəm. Biz 30-a yaxın sakin, ağsaqqal "Azərsu” ASC-yə getdik. Qorxmaz Hüseynov və müavinləri bizi qəbul etmədilər. Layihə rəhbəri Şöhrət adlı şəxs bizimlə görüşdü və suyu aparacaqlarını dedi. Nədir bu qədər israrın səbəbi?
Bundan sonra Prezident Adminstrasiyasına getdik. Orada şikayətlərimizi bildirdik. İndi də nəticə gözləyirik. Amma Şingədulan kənd sakinləri deyirlər ki, biz icra başçısını "razı” salmışıq və suyu zorla da olsa, apararıq. Biz bilmirik ki, bu "razılıq” konkret nədir, amma bunun da bir maddi maraq olduğu şübhə doğurmur. Demək olar ki, bir neçə dəfə İcra Hakimiyyəti "Azərsu”nun işçilərini çağıraraq polis vasitəsilə ŞÜPƏK meşə massivində suyumuzu aparmaq üçün çəkiliş aparıb. Rövşən Bağırov bizə deyir ki, səsinizi çıxarsanız, sizi tutduracağam. Belə çıxır ki, 20 hektara yaxın meşə,1200 nəfərdən çox əhali şəxsi maraqları qarşısında onun üçün əhəmiyyətsizdir…
"Qorxmaz Hüseynovu Azərbaycan Konstutusiyasına hörmət etməyə çağırırıq”Cənab Prezident, Mingəçevirdə yaranan "işıq böhranı” zamanı diqqətdən yayınan məmurlardan biri də Qorxmaz Hüseynov idi. Onun yarıtmaz fəaliyyəti nəticəsində Bakı 4-5 gün susuz qaldı. Mənzillərə çirkab suları axıdıldı. Cəzasız qalan bu məmur indi də bizi fəlakətlə üz-üzə qoymaq istəyir. Bakını bir neçə gün susuz qoyan Qorxmaz Hüseynov bizi ömürlük susuz qoyur. Ölkədə vətəndaşı dövlətdən narazı salan belə məmurlardır və bunlar öz layiqli cəzalarını almalıdırlar. Hətta biz onun qəbuluna da düşə bilmirik, "Azərsu”ya gedib görüşməyə nail ola bilmirik.
Xahiş edirik ki, bu məmur özbaşınalığına son qoyasınız. Həmçinin arxasında hansısa oliqarxların dayandığı bildirilsə də, Qorxmaz Hüseynovu Azərbaycan Konstutusiyasına hörmət etməyə və istefa verməyə çağırırıq.
Hörmətlə, Şivlə, Biləvər və Geskon kənd əhalisi /Şəxsiyyət vəsiqələrimizin nömrələrini də qeyd etməklə…1.Əliyev Ağaxan Fətəli AZE 02195615
2.Ağayev İslam Ocaqəli AZE 02195679
3.Ağayev Şirvan Ocaqəli AZE 03899030
4.Əliyev Hüseynbaba Abdin AZE 08450075
5.Rüstəmov Kamal Babiş AZE 02195845
6.Rüstəmov Cəbrayıl Babiş AZE 14678886
7.Həsənov Mirzəbaba Təriş AZE 02195619
8.Məmmədov Salman Allahverdi AZE 02195599
9.Fətullayev Alışan PİŞAN AZE 15621540
10.Əliyev Mahir Paşa AZE 09460732
11.Ağayev Mirzəli Atamalı AZE 09461773
12.Hüseynov Cəfər ƏLİ AZE 15899715
13.Hüseynov Əvsər Əli AZE 04517907
14.Kərimov Babaxan Hidi AZE 06434789
15.Kərimov Alim Alihəsən AZE 02355068
16.Əliyev Surət ABDİN AZE02195689
17.Əliyev Gülbaba Abdin AZE 02354345
18.Yoldaşov Allahyar Polad AZE 08449250
19.Yoldaşov Əligüşad Nurməmməd AZE 06911236
20.Yoldaşov Buludxan Polad AZE 03896958
21.Məmmədov Vasif Güləli AZE 03895624
22.Azadov İbrət Şəvəqət AZE 04994575
23.Azadov Ağababa Polad AZE 03899034
24.Ağayev Qədiməli MahmudəliAZE 08448052
25Ağayeva Zərifə Mürsəl AZE 02195614
26.Əliyev Rafiq Ağaxan AZE
27.Əliyev Mirzəli Şami AZE 08072591
28.Şahmarov Emin Qaraxan AZE03898922
29.Azadov Bəfadar Söhbət AZE 09324289
30.Zamanov Zəfər Böyükxan AZE08073753
31.Nağıyev Həmdulla Nəhmət AZE 05832257
32.Zamanov Elman Böyükxan AZE 13427300
33.İmanov Hafiz Rəzzaq AZE 04903643
34.Azadov Meybulla Həbulla AZE 08073125
35.Azadov Fərzulla Xeyrulla AZE 07526889
36.Məmmədov Naib Əyyub AZE 02195617
37.Rüstəmov Cabir Mürsəl AZE 05768829
38.Ağayev Arazxan Burhan AZE 16674863
39.Zamanov Zamanxan BöyükxanAZE09324410
40.Azadov Mehman Ağababa AZE 13427853
41Azadov Bəhruz İbrət AZE 07524378
42.İmanov İsrafil Təhməz AZE 14678677
43.Teymurov Arzuman Xudaş AZE 03898909
44.Talıbov Bəybala İsmi AZE 045196633
45.Bayramov Babalı Mirzəhüseyn AZE 15621348
46.Əliyev Baladdin Paşa AZE 03898963
47.Əliyev Elman Sənham AZE 08448165
48.Əliyev Malik Sənham AZE15618933
49.Əkbərov Şali Ağayar AZE 03898960″.
Yazıdakı fikirlərə "Azərsu" ASC-dən münasibət bildirilməyib.