Bakıda saxlanılan dağıstanlının qohumları onun Rusiyaya veriləcəyindən ehtiyat edirlər
Sentyabrın 1-də Bakıda saxlanılan Dağıstan əsilli Rüstəm Əmirov sentyabrın 4-də Rusiyaya deportasiya edilib.Bu barədə Turana onun qardaşı Nəsirxan Əmirov bildirib.
Onun hansı yolla deportasiya edilməsi barədə Əmirovun qohumlarına məlumat verilməyib.
Bakıda saxlanılan dağıstanlının qohumları onun Rusiyaya veriləcəyindən ehtiyat edirlərSentyabrın 1-nə keçən gecə Dağıstan sakini Rüstəm Əmirov Türkiyəyə gedərkən Bakı aeroportunda saxlanılıb.
O, Dağıstanı 2016-cı ildə tərk edib. Bir müddət Azərbaycanda yaşayıb, sonra Ukraynaya gedib. Üç ay sonra işgüzar maraqlarla bağlı Azərbaycana gəlib. Bu barədə Turan-a onun doğmaları məlumat veriblər.
Rusiyada R.Əmirovu hansısa terror təşkilatında iştirakda ittiham edirlər. Doğmalarının sözlərinə görə, R.Əmirov "Dağıstanın yenihakimiyyətinin kənarlaşdırdığı keçmiş administrasiya ilə bağlı təqib olunur".
Qohumlari güman edirlər ki, Azərbaycanın hüquq-mühafizə orqanları R.Əmirovu ekstradisiyadan yan keçməklə RF-ya göndərə bilər. Doğmaları güman edirlər ki, R.Əmirovu adi reyslə Rusiyaya göndərə bilərlər və bunu "Vətəndaşın RF-ya könüllü uçuşu kimi" təqdimedə bilərlər. Və orada onu həbs edəcəklər.
Doğmaları R.Əmirovun hansı idarədə saxlandığını bilmirlər və ehtimal edirlər ki, o, hələ də Bakı aeroportunun nəqliyyat polisindədir. Onlar ehtiyat edirlər ki, R.Əmirovun müvəqqəti təcridxanaya köçürülməsi və aeroportda saxlanması onun gizli olaraq Rusiyanın gücqurumlarına verilməsi riskini artırır. Dövlət vəkili onun doğmalarına heç bir məlumat vermir.
R.Əmirov tikinti materiallarının biznesi ilə məşğul olur. Yaxın tanışları onun hansısa terror təşkilatına bağlı olmasına şübhə edirlər və həbsin siyasi motivli olduğunu düşünürlər.