Vaşinqtonda Mehman Hüseynovla bağlı mətbuat konfransı
Yanvarın 10-da səhər saat 11:00-da (Bakıda 11 yanvar gecə saat 02:00 olacaq) Azərbaycanda bloger Mehman Hüseynovun 15 günlük aclıq aksiyası ilə bağlı mətbuat konfransı keçiriləcək.Tədbir Milli Mətbuat Klubunun Zenger zalında (529 14th Street NW, 13th Floor), Washington, DC 20045 olacaq.
Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu korrupsiya faktlarını ifşa etməsilə tanınan bloger Mehman Hüseynovun təqib olunması fonunda Azərbaycanda mətbuat azadlığının boğulmasına dair panel diskussiyalara dəvət edir.
Müzakirələrdə blogerin qardaşı Emin Hüseynov, Amerika PEN Klubun rəhberi Tomas Melia, ABŞ-da çalışan azərbaycanlı jurnalistlər Ələkbər Raufoğlu, Sevinc Osmanqızı, həmçinin Amnesty International təşkilatının nümayəndəsi iştirak edəcəklər.
Turan