Mətbuat Şurasının üzvləri APA agentliyi ilə bağlı susurlar


Mətbuat Şurasının üzvləri APA agentliyi ilə bağlı susurlar


Mətbuat Şurasının üzvləri APA agentliyinin saytlarının bloklanması ətrafındakı vəziyyətlə bağlı susurlar və heç bir şey söyləmirlər.

Mətbuat Şurasının üzvləri - Vüqar Səfərli, Vüqar Rəhimzadə, Əflatun Amaşov, Rəşad Məcidov ilə əlaqə yaratmaq və onların həmkarı Vüsalə Abışovanın rəhbərlik etdiyi agentliyin işinin dayandırılması ilə bağlı fikirlərini öyrənmək cəhdləri baş tutmayıb.

Başqa vaxtlar dil-dil ötən bu şəxslər indi telefonlara cavab vermədilər.

Eyni zamanda Mətbuat Şurası susmaqda davam edir və heç bir bəyanat vermir.

Dövlət başçısının köməkçisi, KİV sahəsinə məsul Əli Həsənovla da əlaqə yaratmaq mümkün olmayıb.

Prezident Administrasiyasından Turan-a bildiriblər ki, Ə.Həsənov avqustun 16-dək məzuniyyətdə olacaq.