Cinayət işi açılıb...
7gun.org tanınmış hüquq müdafiəçisi Oktay Güləliyevin Feysbuk səhifəsində yayılmış məlumata istinadən xəbər verir ki, ölkədə repressiyaların yeni dalğası başlayıb. Son günlər xeyli sayda ictimai fəal, sadə insanlar polis tərəfindən saxlanılıb. Bəziləri sutkalıq həbs cəzasına məruz qalsa da haqqında cinayət işi açılıb həbs olunanlar var. Hazırda onların sayı tərəfimizdən dəqiqləşdirilir. Ailələri bəzi şəxslərin yerlərini müəyyənləşdirə bilmirlər.
Jurnalist Əfqan Sadıqovun 30 sutka inzibati həbs cəzası alıb Binəqədidə Müvəqqəti Saxlanma Məntəqəsində saxlandığı bildirilsə də məlumat təsdiq olunmur. Az öncə məlum olub ki, jurnalist həmin yerdə deyil...
Dövlətçiliyi qorumaq adı altında mətbuata qarşı total hücum var. Mustafa Hajibeyli başda olmaqla dünəndən bəri 10- dan artıq jurnalist, sayt rəhbəri hüquq- mühafizə orqanlarına aparılıb hədə- qorxu gəlinib və bu proses davam edir. Cinayət işi açılıb...
Eyni zamanda həbsdə olan siyasi məhbuslara (İlkin Rüstəmzadə, Rəşad Ramazanov, Firkət Fərəməzoğlu, Qiyas İbrahimov, "Naradaran məhbuslar" və s.) qarşı təzyiqlər başlayıb, onlara işgəncə verirlər.
Hesab edirik ki, bu vəziyyətdə vətəndaş cəmiyyəti, azad mətbuat, siyasi partiyalar susmamalıdır. Həbs olunan, təzyiqlərə məruz qalanlara dəstək olmalıyıq.
Siyasi Məhbusları Müdafiə Mərkəzi (SMMM) olaraq ölkədə baş verənlərlə bağlı məlumatı ictimaiyyətlə bölüşmək, repressiyaların çıxış yolu olmadığını vurğulamaq və həbsdə olan siyasi məhbusların durumu ilə bağlı sabah, 11 iyul saat 12.00- da mətbuat konfransı keçirəcəyik. Mətbuat konfransı Musavat partiyasının akt zalında olacaq.
Ölkədə baş verənlərə laqeyd qalmayan hər kəsi- vətəndaş cəmiyyəti nümayəndələrini, siyasi partiya təmsilçilərini, azad medianı, xarici ölkə səfirliklərini mətbuat konfransında iştiraka dəvət edirik!