REAL fəallarına qarşı həbs dalğası başlayıb


Mayın 30-da REAL Partiyasının fəalı Elmir Həmzə məhkəmənin qərarı ilə polisin qanuni tələbinə tabe olmamaq ittihamı ilə 25 sutka həbsə məhkum edilib.

7gun.org-ın məlumatına görə, bu barədə Turan-a REAL Partiyasının Məclis üzvü Natiq Cəfərli bildirib.

Partiyanın daha bir fəalı Ərəstun Baxşəliyev hazırda Yasamal Rayon Polis İdarəsinin 26-cı polis bölməsinə aparılıb. Pattiyanın daha iki fəalı da polisə çağırılıb.

REAL Partiyasının Məclis üzvü Azər Qasımlı mayın 29-da polisin qanuni tələbinə tabe olmamaq ittihamı ilə Yasamal Rayon Məhkəməsi tərəfindən 30 sutka inzibati qaydada həbs edilib.