ReAL partiyasının üzvü Anar Məmmədov inzibati həbs cəzası alıb
''Oğlumu 28 May yürüşünə görə tutublar''ReAL partiyasının üzvü Anar Məmmədov iyulun 7-də saxlanılıb.
O, Yasamal Rayon məhkəməsinin hakimi Hüseyn Səfərovun sədrliyi ilə keçirilən prosesdə 10 sutka inzibati cəza alıb.
Məlumatı Meydan TV-yə Anar Məmmədovun atası Azad Məmmədov verib.
Azad Məmmədov bildirib ki, oğlunu dünən evdən həyətə çağırıblar, guya, maşını sürərkən qonşunun maşınına sürtüb:
"Halbuki, elə şey olmayıb. Sonra dedilər ki, həyətdə söyüş söyürmüş. Əlbəttə, bunlar yalandır, Anarı 28 May yürüşünə görə tutublar. Məhkəmədə də ona İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi oxundu. Biz apelyasiya şikayəti verəcəyik”.
28 May Azərbaycan Xalq Cümhuriyyətinin elan olunmasının 100-cü ildönümündə keçirilmiş bayram yürüşündən sonra ReAL Partiyasının dörd üzvü 30 sutka inzibati həbsə məruz qalıblar.