BMT-də Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə bağlı tədbir keçiriləcək


Mayın 28-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT-nin mənzil-qərargahında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə əlaqədar keçiriləcək tədbirlərdə iştirak etmək üçün Nyu-Yorka yola düşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin məlumatına görə, səfər çərçivəsində nazir Məmmədyarovun BMT-nin rəhbərliyi və digər rəsmi şəxslərlə bir sıra ikitərəfli rəsmi görüşləri də nəzərdə tutulub. / Amerikaninsesi.org/