Məhəmməd Əmin Rəsulzadənin məzarı ziyarət olunub
Mayın 24-də Müsavat Partiyasının rəhbərliyi Ankara şəhərində Azərbaycan Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin məzarını ziyarət edib və mitinq keçirib.7gun.az Turan İA-nə istinadən xəbər verir ki, bu barədə Müsavat Partiyasının məlumatında deyilir.
Tədbirdə Azərbaycan Kültür Dərnəyinin rəhbəri, M.Ə.Rəsulzadənin silahdaşı Cəmil Ünal, Müsavat başqanı Arif Hacılı, Müsavat Partiasının Məclisinin sədri Nüşabə Sadıxlı və digər şəxlər iştirak ediblər.