Oqtay Gülalıyev: Əfv sərəncamı ümidləri doğrultmadı


7gun.org Siyasi Məhbusların Hüquqlarını Müdafiə Mərkəzinin rəhbəri Oqtay Gülalıyevin "Amerikanın Səsi" radiosuna verdiyi müsahibəni təqdim edir:

“Çox təəssüf ki, bu əfv sərəncamı siyasi məhbus probleminin həlli baxımından ümidləri doğrultmadı. Əfv sərəncamında “siyasi məhbus” kimi tanıdığımız 160-dan çox insanın cəmi 12-nin adı var. Onların da bir neçəsi ağır xəstədir”. Bu barədə Siyasi Məhbusların Hüquqlarını Müdafiə Mərkəzinin rəhbəri Oqtay Gülalıyev Amerikanın Səsinə müsahibəsində bildirib.

Gülalıyevin sözlərinə görə, əfv olunan 12 nəfər siyasi məhbus kimi tanınan şəxsdən 7 nəfəri 2015-ci ilin noyabrında Nardaran hadisələri zamanı, 1 nəfəri 2012-ci ildə Eurovision ərəfəsində, 2 nəfəri 2102-ci ilin oktyabrında (hicab məhbusu), 1 nəfəri 2016-cı ilin payızında həbs edilən AXCP üzvü, 1 nəfəri isə (Saday Şəkərli, 2015-ci ilin dekabrında həbs edilib) yazıçıdır. Təsəvvür edin ki, 7 nəfər Nardaran məhbusundan 4-nün azadlığa çıxmasına cəmi 7 gün qalıb. AXCP üzvü Elnur Fərəcov çox ağır xəstədir. Digər bir nəfər Elşad Rzayev 2013-cü ildə 6 il cəza alıb Onun da həbsdən çıxmasına bir neçə ay qalıb”, o qeyd edib.

Prezident İlham Əliyev bu gün imzaladığı sərəncamla 634 nəfər əfv olunub.