Metrodan və avtobusdan istifadə edənlərin nəzərinə - Gediş haqqı bahalaşdı


Azərbaycanda metroda və şəhərdaxili və rayondaxili avtobys marşrutlarında sərnişindaşıma xərcləri artıb.

7GÜN XƏBƏR xəbər verir ki, metroda gediş haqqı 0,1 AZN artırılaraq 0,5 AZN olub.

Həmçinin müntəzəm şəhərdaxili (rayondaxili) avtobus marşrutları üzrə sərnişindaşıma xidmətlərinin tariflərinin yuxarı həddi 0,5 manat müəyyən edilib.

Əvvəllər bu xidmətlər üzrə gediş haqqı 0,4 AZN təşkil edirdi.

Bakı-Sumqayıt marşrutu üzrə avtobuslarda birtərəfli daşıma tarifləri də 0,1 AZN artaraq 0,7 AZN olub.

Şəhərətrafı avtobus marşrutlarında sərnişindaşıma tarifinin yuxarı həddi 1 km üçün 0,37 AZN təşkil edəcək.

Tariflərin artırılması ilə bağlı qərar Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin kollegiyası tərəfindən qəbul edilib.