Tofiq Yaqublu Səməd Seyidovu məhkəməyə dəvət etdi
İyunun 14-də Demokratik Qüvvələrin Milli Şurasının Koordinasiya Mərkəzinin və Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun işi üzrə məhkəmə prosesi başlayır.Bakı Ağır Cinayətlər Məhkəməsində cümə gününə hakim Elnur Nuriyevin sədrliyi ilə onun işi üzrə hazırlıq iclası təyin edilib, bu barədə siyasətçinin qızı Nigar Həzi bildirib.
Onun sözlərinə görə, Yaqublu "Azərbaycanda siyasi məhbus olmadığını" iddia edən Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovu məhkəməyə dəvət edir.
"Atam Səməd Seyidovu saxta məhkəmə prosesinə dəvət edir və siyasi məhbusun necə olduğunu şəxsən ona göstərməyə hazırdır", deyə Həzi bildirib.
Demokratik Qüvvələrin Milli Şurasının Koordinasiya Mərkəzinin və Müsavat Partiyasının üzvü Tofiq Yaqublu dekabrın 14-də dələduzluq və qanunsuz sənəd hazırlama ittihamı ilə həbs olunub. Yerli və beynəlxalq hüquq müdafiə təşkilatıları onu siyasi məhbus kimi tanıyıblar.