Natiq Cəfərli hansı seçki dairəsindən deputatlığa namizəd olacaq?


REAL partiyası növbədənkənar parlament seçkilərində fəal iştirak edəcək.

7GÜN XƏBƏR Lent.az-a istinadən xəbər verir ki, bu barədə partiyanın icraçı katibi Natiq Cəfərli məlumat verib.

O, seçkilərdə özünün də namizəd olacağını açıqlayıb:

“Təbii ki, REAL Partiyası, şəxsən mən seçkilərdə aktiv iştirak edəcəyik, mənim 3 dəfə namizəd olduğum 12 saylı dairə kökündən dəyişdirilib, demək olar ki, ləğv edilib, başqa dairələr arasında bölünüb. Ona görə də, bu seçkilərdə bir neçə dairədən namizəd vermək haqqında düşündüm, bəzi dairə ərazilərdində REAL Gənclər Birliyi sorğular da keçirdi – hələlik namizədlik üçün ən uyğun dairə 33 saylı Xətai birinci seçki dairəsi görünür. Bu dairənin 4 ildən çoxdur ki, deputatı yoxdur, kifayət qədər sayda müxalif və azad düşüncəli insanların yaşadığı dairədir. Ona görə də, ilkin araşdırmalardan sonra komanda olaraq, hələlik məhz bu dairənin üzərində dayanmışıq, amma araşdırmalarımız, sorğularımız hələ davam edir”.