Daha bir deputatlığa namizəd polisə çağırıldı


46 saylı Şirvan seçki dairəsindən Müsavat Partiyasının deputatlığa namizədi Əlikram Xurşidov polisə çağırılıb.

7gun.org Arqument.az-a istinadən xəbər verir ki, bu barədə Müsavat Partiyasının Mətbuat departamentinin rəhbəri Mustafa Hacıbəyli məumat yayıb.

"Bu dəqiqələrdə sahə müvəkilli Rauf mənə zəng vuraraq sabah Şirvan şəhər Polis şöbəsində iTB-nin rəisi Rəhimin yanında olmağımı, oradan rəisin yanına aparılacağımı bildirdi. Bildiriş tələb etdim", - deyə Əlikram Xurşidov bildirib.

Xurşidov fevralın 6-da seçicilərlə görüş keçirməyi planlaşdırır.