KXCP üzvü İsgəndər Həmidovla görüşdüyü üçün polisə çağrılıb
KXCP Qazax rayon şöbəsindən Ali Məclis üzvü Məqsəd Mirzəyev Qazax rayon Polis Şöbəsinə aparılıb.
7gun.org bildirir ki, bu barədə Sozcu.az saytına məlumat verən Məqsəd Mirzəyev bildirib ki, İsgəndər Həmidovun Qazaxa səfəri zamanı onunla görüşməsi hakimiyyət nümayəndələrini narahat edib:
Sahə müvəkkili yanıma gələrək, Qazax rayonunun polis rəisi Ədalət Əliyevin göstərişinə əsasən polis idarəsinə getməli olduğumu dedi. Polis şöbəsində məni rəis müavini İlham Xamayevin yanına apardılar. Mən rəis müavinindən məni polisə gətirmələrinin səbəbini soruşduqda, mənə, səni rəis özü çağırıb. Rəis yerində olmadığı üçün yenidən gəlməyimi istədilər.
Yaxın adamlarımdan biri mənə ehtiyatlı olmağımı tövsiyyə edərək bildirib ki, İsgəndər Həmidovun Qazax rayonuna səfəri zamanı mənimlə görüşməsi yerli hökümət orqanlarını narahat edib, buna görə də həbs edilmək ehtimalın var.
Məqsəd Mirzəyev qeyd edib ki, onun poisə çağrılmasının bir səbəbi var, o da, onun siyasi mövqeidir.