Ceyhun Nəbinin hədəfə atdığı Cümhuriyyət DAŞI, saxtakarların cümhuriyyətçi nifrəti


Cümhuriyyət Siyasi Düşüncə Mərkəzinin sədri, Cümhuriyət araşdırmaçısı Ceyhun Nəbinin parlament seçkilərinə namizədliyi 98 sayılı Şəmkir şəhər seçki dairəsi tərəfindən təsdiq edilməyib.

Hakimiyyətin ən çox qorxduğu Cümhuriyyət sözü olduğundan Ceyhun bəyə qarşı saxtakarlığın olacağını əvvəlcədən təxmin etsək də, əsasən bu saxtakarlığın seçki günü baş verəcəyini təxmin edirdik. Ancaq görünür seçkini gözləməyə səbrləri çatmayıb.

yanvar ayının 11-də Ceyhun Nəbini DSK-ya çağıaraq tələb ediblər ki, imza toplamış şəxslər DSK-ya gəlib hesabat verməlidirlər. Bu gülünc və qanunsuz tələbi etməklə hələ seçki başlamamış DSK üzvləri seçkiyə və Ceyhun Nəbiyə qarşı münasibətlərini sərgilədilər.

Ceyhun Nəbi və dostları imza kampaniyasını çox uğurla başa çatdırıb, seçki qərərgahının üzvləri tərəfindən imza vərəqələrini diqqətlə nəzərdən keçirərək, tam qanuni şəkildə imzalarını DSK-ya təqdim etmişdilər.

Cümhuriyyət Siyasi Düşüncə Mərkəzinin sədri və Cümhuriyyət tarixini araşdıran, Cümhuriyyətin 100 illiyinə “Sovetlərlə üz-üzə” adlı kitab yazaraq, Cümhuriyyət tarixinin parlaq səhifələrini işıqlandıran Ceyhun Nəbinin namizdəliyinin süni şəkildə qeydə alınmaması hakimiyyətin həm də Cümhuriyyət dəyərlərinə qarşı kəskin münasibətidir.

Ölkə rəhbərliyindən 98 sayılı Şəmkir şəhər seçki dairəsində baş verən bu qanunsuzluğu aradan qaldırmağı tələb edirik. Namzidələrə qarşı süni əngəllər yaradanlar qanun qarşısında cavab verməlidirlər. Seçki saxtakarlığı ağır dövlət cinayyət olmaqla bərabər, demokratik dövlət prinsiplərinə vurulan ən böyük zərbədir.

Elşən Əlisoy,
Cümhuriyyət Siyasi Düşüncə Mərkəzinin üzvü
Sozcu.az saytının rəhbəri