Akif Vəliyev məsuliyyətdən necə yayındı?
Redaksiyamızın elektron poçtuna Qazax rayon İcra Hakimiyyəti Başçısının Qazax şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Vəliyev Akif Sozalı oğlu barəsində məlumat daxil olmuşdur. Həmin məlumatlarda bildirilir ki, Akif Vəliyev Qzax rayon Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru işlədiyi müddətdə rüşvət və korrupsiya əməllərinə görə sabiq nazir Səlim Müslümov tərəfindən vəzifəsindən azad edilib. Məlumata əsasən Akif Vəliyev aztəminatlı ailələrə verilməsi nəzərdə tutulan ünvanlı sosial yardımları 6 ay özü götürmək şərti ilə razılq əldə etdiyi vətəndaşlara ayırmışdır. O, Daş Salahlı kəndində yaşayan 98 faizdən çox ailələrə ünvanlı sosial yardım təyin edərək, ayrılan vəsaitləri özü mənimsəyib. Vətandaşlara məxsus olan ödəmə kartlarını özündə saxlayırmış. Onun bu əməlləri barədə ölkə mətbuatında dəfələrlə məqalələr dərc olunub. Bildirilir ki, Akif Vəliyev işdən azad olunduğu zaman barəsində cinayət təqibi başlanmaması üçün havadarlarına 350 min manatdan çox pul vermişdir.
Bundan başqa, göstərilir ki, Akif Vəliyev ruhi-əsəb xəstəsi kimi dispanser qeydiyyatındadır. Məlumatın doğruluğunu dəqiq bilmirik. Bu məlumatın müvafiq araşdırmaya ehtiyacı var.
Qazax rayon İcra Hakimiyyətinin hazırki Başçısı Rəcəb Babaşov Akif Vəliyevə etimad göstərərək ona daha mühüm vəzifə başına gətirmişdir. Maraqlıdır ki, Rəcəb Babaşov rüşvət və korrupsiya faktlarına görə işdən çıxarılan Akif Vəliyevi hansı göstəricilərinə və keyfiyyətlərinə əsasən yeni vəzifəyə təyin etmişdir?
7gun.org olaraq elektron poçtumuza daxil olan məlumatlara qarşı tərəfin münasibətlərini öyrənmək üçün Akif Vəliyevlə əlaqə saxladıq. O, barəsində olan məlumatlara münasibət bildirmək istəmədi.
Mövzunu davam etdirəcəyik.