Dağılmış Ərkivan qəsəbə orta məktəbi -FOTOLAR


Məktəbin dam örtüyü yararsız olduğundan yağıntı suları məktəbin içinə tökülür. Şagirdlər yağıntı suları altında, soyuq, ala qaranlıq sinif otaqlarında dərs alırlar.

Bu il böyük dramaturq, şair, yazıçı Cəfər Cabbarlının 120 illik yubiley ilidir. Dahi ədibin adını əbədiləşdirmək üçün respublikanın müxtəlif şəhər və rayonlarında onun adını daşıyan kinostudiya, küçələr, kitabxanalar, məktələr var. Belə məktəblərdən biri də Masallı rayonunda yerləşən Cəfər Cabbarlı adına Ərkivan qəsəbə 1 saylı tam orta məktəbdir. 

1981-ci il də istifadəyə verilən məktəb vaxtı ilə həmin dövr üçün regionun ən yaxşı məktəblərindən sayılırdı. Mərkəzləşdirilmiş istilik sistemi, qapalı voleybol zalı, akt zalı, emalatxana, bufet, hərbi dərslər üçün kabinet, müasir labaratoriyalar bir vaxtlar göz oxşayırdı. İstifadəyə verildiyi vaxtdan 38 il keçməsinə baxmayaraq heç vaxt əsaslı təmir edilməyən məktəb hazırda çox bərbad vəziyyətdədir. Akt zalı, idman zalı yararsız, labaratoriyalardan, bufetdən isə əsər-əlamət yoxdur. 

Ərkivan qəsəbəsinin tam qazlaşdırılmasına baxmayaraq, bu məktəbdə sinif otaqları hələ də odun sobaları ilə qızdırılır. Əslində isə xarici və daxili fasadda olan suvağın tökülməsi, divarların çatlaması, pəncərə şüşələrinin qırıq və ya heç olmaması, döşəmənin dağılmasına görə sinif otaqları isinmir. Məktəbin dam örtüyü yararsız olduğundan yağıntı suları məktəbin içinə tökülür. Şagirdlər yağıntı suları altında, soyuq, ala qaranlıq sinif otaqlarında dərs alırlar. Bu səbəblərdən qış aylarında şagirdlər tez-tez xəstələnir, dərsə davamiyyətdən geri qalırlar.

7gun.org-ın məlumatına görə bir neçə valideyn məktəbin təmirə ehtiyacı olmasını ictimayiləşdirilmək məqsədi ilə Asiya.az-a müraciət edib. Valideynlər bildiriblər ki, “Övladlarımızı bu cür qəzalı, istismara yararsız məktəbdə təhsil almasından narahatıq. Dəfələrlə məktəbin keçmiş və indiki direktoruna, Masallı Rayon Təhsil Şöbəsinə məktəbin təmiri ilə bağlı şikayət etsək də bu şikayətlər müsbət həllini tapmır”.

Onlarla qəsəbə sakini isə 3 oktyabr tarixində məktəbin təmiri ilə əlaqədar imza toplayaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, Təhsil Naziri Ceyhun Bayramova ərizə ilə müraciət ediblər.
Qəsəbə sakinləri yazdıqları müraciətlərdə, Cəfər Cabbarlı adına Ərkivan qəsəbə 1 saylı tam orta məktəbin illərdir ki, əsaslı təmirə ehtiyac olduğunu və tezliklə bu iş üçün müvafiq sərəncam verilməsini xahiş ediblər. 

Məsələ ilə bağlı Asiya.az-ın əməkdaşı məktəbin direktoru Mənijə Yəhyayeva ilə əlaqə saxlayıb. M.Yəhyayeva bildirib ki: “Məktəbin təmiri ilə bağlı Masallı Rayon Təhsil şöbəsinə məlumat verilib. Təhsil şöbəsindən bizə bildiriblər ki, məktəb plandadır, gələcəkdə təmir ediləcək”

7gun.org xəbər verir ki, Masallı Rayon Təhsil şöbəsinin müdiri Tariyel Əkbərov Asiya.az-a verdiyi açıqlamada adı çəkilən məktəblə bağlı Təhsil Nazirliyinə müraciət edildiyini bildirib. Nazirlikdən verilən məlumatda göstərilir ki, gələcək illərdə təmir ediləcək məktəblər sırasında Cəfər Cabbarlı adına Ərkivan qəsəbə 1 saylı tam orta məktəbinin də adı var.

Məktəbin bərbad vəziyyətini əks etdirən fotoşəkilləri təqdim edirik:

Dağılmış Ərkivan qəsəbə orta məktəbi -
Dağılmış Ərkivan qəsəbə orta məktəbi -
Dağılmış Ərkivan qəsəbə orta məktəbi -
Dağılmış Ərkivan qəsəbə orta məktəbi -
Dağılmış Ərkivan qəsəbə orta məktəbi -
Dağılmış Ərkivan qəsəbə orta məktəbi -
Dağılmış Ərkivan qəsəbə orta məktəbi -
Dağılmış Ərkivan qəsəbə orta məktəbi -
Dağılmış Ərkivan qəsəbə orta məktəbi -
Dağılmış Ərkivan qəsəbə orta məktəbi -
Dağılmış Ərkivan qəsəbə orta məktəbi -
Dağılmış Ərkivan qəsəbə orta məktəbi -