DİN Masallıda azyaşlı uşaqlarla bağlı məsələyə münasibət bildirdi


Bir neçə gün öncə Masallı rayon Ərkivan qəsəbəsinin sakini Kazımov Elxan Dəmir oğlunun 7gun.org-a müraciəti əsasında saytda "Uydurulmuş hadisənin istintaq qərarı-Masallıda biabırçılıq" başlıqlı yazı yayımlanmışdı.

Həmin yazı ilə əlaqədar Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Orxan Mansurzadə 7gun.org-ın elektron poçtuna məktub göndərərək, Masallı rayon sakini Elxan Kazımovun məlumatı əsasında hazırlanaraq bəzi xəbər saytlarında yayımlanmış yazılarda polis əməkdaşları barədə yayılmış iddiaların heç bir məntiqi və hüquqi əsası olmadığını bildirib.

Orxan Mansurzadənin açıqlamasına görə, polis əməkdaşları barəsində böhtan və şantaj xarakterli, qanun keşikçilərinin işgüzar nüfuzuna xələl gətirən məlumatlar yayması yolverilməzdir ki, bu da hüquqi məsuliyyət doğurur.

7gun.org əldə etdiyi məlumata görə, Masallı RPŞ-in əməkdaşları şikayətçi Elxan Kazımova təziyq edir.

Bu məsələ ilə bağlı daha geniş araşdırmamızı yaxın günlərdə 7gun.org-da oxuya bilərsiz.