Narazı sakinlər yenə də Prezidentlə görüşə bilmədilər-Masallıda
18 sentyabr 2018-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yeni Ələt-Astara yolunun və Masallı şəhərindəki sənaye mərkəzinin açılışında iştirak etmək üçün cənub bölgəsinə səfər etmişdir.
Yerli sakinlərin 7gun.org-a bildirdiyinə görə, Masallı şəhər Seybətin dairəsindən ikinci dadva məhəlləsinin sonuna kimi yol boyu düzülmüş polis işçiləri və mülkü geyimli şəxslər sakinlərə tədbir bitənə qədər evlərindən çıxmağa icazə verməmişlər. Yerli icra hakimiyyəti orqanlarından narazı olan sakinlər ciddi nəzarətdə saxlanılaraq, onların Prezidentlə görüşməsinə imkan verilməmişdir.