Tovuz rayonunun yeni icra başçıları


Azərbaycan prezidentinin sərəncamı ilə Tofiq Zeynalov Tovuz rayonunun icra hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Dövlət başçısının digər sərəncamı ilə bu yerə Məmməd Məmmədov bu vəzifəyə təyin edilib.
Qeyd edək ki, vəzifədən azad edilən Tofiq Zeynalov Respublika Yol Polisi İdarəsinin rəisi Ramiz Zeynalovun doğma qardaşıdır.

Rayonun yeni icra hakimiyyəti başçısı isə bu təyinata qədər "Aqrokimya" özəl şirkətinin rəhbəri olub, o da əslən Tovuz rayonundandır.