Lerikin Şingədulan kəndi yerli məmurlara etiraz edir
Lerikin Şingədulan kəndi yerli məmurlara etiraz edir.
Onlar mavi qazın yoxluğundan və işıqdan əziyyət çəkdiklərini, meşədən odun ala bilmədiklərini, yerli məmurların onlara biganə münasibətindən şikayətləniblər.
7GUN az bildirir ki, bu barədə "BBC News Azərbaycanca"ya sakinlər danışıb.
Onlar qışda nə edəcəklərini bilmirlər. Bir çoxları çarəsizlikdən həyətlərindəki meyvə ağaclarını kəsəcəyini deyir.
Eyni problemlər Astara rayonunda da yaşanır.
Astara və Lerik rayonlarının bir çox kəndlərinə hələ də təbii qaz çəkilməyib.
BBC News Azərbaycancaya Astaranın Sım, Sipiyəpart, Çükəş, Degədi, Lerikin isə Şivlə, Biləvər, Şingədulan kəndlərinin sakinləri danışıb.
Azəriqaz İstehsalat Birliyi BBC News Azərbaycancaya deyib ki, adı çəkilən kəndlərə bu il qaz çəkilməyəcək.
Qurum onu da deyib ki, dövlət vəsaiti imkan verərsə, "gələcəkdə bu kəndlərdə qazlaşdırma işləri başlaya bilər".