Lerik rayon icra hakimiyyətindən özbaşınalıq: Bizə rəsmi məlumat verilməliydi


“Təqribən bir neçə ay öncə Lerikdə arxeoloji qazıntılar zamanı çox qədim əşyalar tapılır sonra isə onlar yoxa çıxır və işin üstu bağlanır. Bu yaxınlarda 3000 il yaşı olduğu deyilən qoç heykəllərini də Lerikin Lərmərud kəndindən oğurlayıblar. Məqsədli şəkildə talış millətinin tarixini oğurlayıb sonradan başqa tarix yazırlar”.

7gun.org Bizimyol-a istinadən xəbər verir ki, bu məlumat sosial şəbəkələrdə yayılıb və çoxsaylı istifadəçilər tərəfindən tirajlanıb. Məsələyə aydınlıq gətirmək üçün Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin ictimiayyətlə əlqələr şöbəsinin rəhbəri Fariz Hüseynovla əlqə saxladıq. Bu barədə açıqlama verən Fariz Hüseynov abidənin oğurlanmadığını, yayılan məlumayların həqiqəti əks etdirmədiyini bildirdi. O qeyd etdi ki, həmin abidə yeni açılan Dəmirçi Arxeologiya Muzeyində nümayiş olunması üçün Şamaxı şəhərinə aparılıb:

“Həmin heykəl oğurlanmayıb, bundan bizim məlumatımız var. Heykəl Şamaxı şəhərində yenicə fəaliyyətə başlamış Dəmirçi Arxeologiya Muzeyində nümayiş üçün Lerik rayon İcra Hakimiyyəti tərəfindən aparılıb”

Fariz Hüseynov həmçinin onu da əlavə edib ki, Lerik rayon İcra Hakimiyyəti həmin heykəli icazəsiz olaraq qeyri-qanuni şəkildə muzeyə aparıb və bu barədə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə heç bir rəsmi məlumat verilməyib:

“Qanunvericiliyə görə həmin abidələr bizim balansımızdadır. Və həmin abidələrin daşınması üçün bizim xidmətə rəsmi məlumat verilməlidir. Abidənin daşınması zamanı təhlükəsizlik qaydalarına düzgün əməl edilməsinə nəzarəti biz həyata keçirtməliyik. Əfsuslar olsun ki, icra hakimiyyəti özbaşına olaraq həmin abidəni muzeyə nümayiş üçün aparıb”.

Lerik rayon icra hakimiyyətindən özbaşınalıq: Bizə rəsmi məlumat verilməliydi
Lerik rayon icra hakimiyyətindən özbaşınalıq: Bizə rəsmi məlumat verilməliydi
Lerik rayon icra hakimiyyətindən özbaşınalıq: Bizə rəsmi məlumat verilməliydi
Lerik rayon icra hakimiyyətindən özbaşınalıq: Bizə rəsmi məlumat verilməliydi