Daha bir əsgər həlak oldu


Sentyabrın 4-də Astara rayonunda 18 yaşlı əsgər, cəbhənin təmas xəttində həlak olan Kənan Dadaşovun dəfn mərasimi keçirilib.

7gun.org-ın məlumatına görə, əsgərin yaxınları "Meydan" TV-yə bildiriblər ki, əsgər erməni tərəfinin atəşi nəticəsində həlak olub. Əsgərin harada xidmət etdiyi açıqlanmır.

Azərbaycan Müdafiə Nazirliyi hələlik bununla bağlı rəsmi açıqlama yaymayıb.