Baş həkim iş otağında dərman paylayır


Masallı şəhəri ikinci dadva məhəlləsinin sakini Nəzərova Zəminə Ağabala qızı 7gun.org-ın əməkdaşına məlumat verərək bildirmişdir ki, Masallı rayon Mərkəzi Xəstəxanasının baş həkimi Cəlil Nəzərov Səhiyyə Nazirliyi tərəfindən ağır xəstələrin müalicəsi üçün ayrılmış təyinatlı dərmanları özü iş otağında paylayıb satır, rayonda nəzarəti altında olan apteklərə verir.

Mərkəzi xəstəxanada aptek olmasına baxmayaraq, xəstələr Cəlil Nəzərovun iş otağının basırıq yaradaraq saatlarla növbəyə dururlar. Zəminə Nəzərova demişdir ki, 12 sentyabr 2018-ci ildə saat 11 radələrində qara ciyər serrozu xəstəliyindən əziyyət çəkən əri Bakir Nəzərovun təyinatlı dərmanlarını almaq üçün baş həkimin qəbulunda olmuşdur. Baş həkim onu təhqir edərək iş otağından qovmuş və demişdir ki, sizə mən nə qədər dərman almalıyam? Zəminə Nəzərova bildirir ki, son üç ayda dəfələrlə müraciət etmələrinə baxmayaraq, Cəlil Nəzərov onlara dərman verməmişdir. Əri Bakir Nəzərov Səhiyyə Nazirliyinin qaynar xəttinə müraciət etsə də, lakin bu günə kimi heç bir xəbər yoxdur.

P.S. Balıq başdan iylənər. Cəlil Nəzərov kimi baş həkimlərin iş otağında əczaçılıq etməsi Səhiyyə Nazirliyinin laqeyid münasibətindən aslıdır.