Masallı rayon Prokurorunun köməkçisi İlham Sadıqov təhqiqatı bilərəkdən yubadır(Audio)


7gun.org 2018-ci ilin oktyabr ayında Masallı rayon Polis Şöbəsinin İstintaq Bölməsində uydurulmuş hadisənin təhqiqatı ilə bağlı keçirilmiş əməliyyat-istinataq tədbirlərində azyaşlıların və yeniyetmələrin istintaqa cəlb edilməsində mövcud qanunvericiliyin prinsiplərinin kobud şəkildə pozulması barədə Masallı rayon Ərkivan qəsəbəsinin sakini Elxan Dəmir oğlu Kazımovun şikayəti əsasında hazırlanmış "Uydurulmuş hadisənin istintaq qərarı-Masallıda biabırçılıq" məqalə dərc etmişdir.

Hal-hazırda Elxan Kazımovun şikayətinə əsasən Masallı rayon Prokurorluğunda təhqiqat aparılır. Elxan Kazımovun 7gun.org-a verdiyi məlumata görə Masallı rayon Prokuroru Allahverdi Novruzovun köməkçisi İlham Sadıqov istinaq tədbirlərini bilərəkdən yubadır. O, tərəflər arasında üzləşmə aparmır və şikayətin heç bir nəticə verməyəcəyini bildirir. Elxan Kazımov əlavə etmişdir ki, prokror köməkçisi İlham Sadıqovun qanunsuz əməlindən Prezident İlham Əliyevə və Baş Prokuror Zakir Qaralova müraciət etmişdir.

7gun.org uydurulmuş hadisənin istintaq qərarı ilə bağlı hadisənin ictimai əhəmiyyətni nəzərə alaraq Masallı rayon Prokurorluğunda aparılan təhqiqatı nəzarətdə saxlayacaq.