İşdən çıxarılan rəisin 50 milyondan çox pulu var


Ədliyyə Naziri Fərid Əhmədovun müvafiq əmri ilə Penitensiar Xidmətin Qobustandakı qapalı tipli cəzaçəkmə müəssisəsinin rəisi Aftandil Ağayev vəzifəsindən azad edilib.

7GÜN XƏBƏR-ə daxil olan məlumata görə Aftandil Ağayev çoxsaylı qanunsuz hərəkətlərə görə işdən çıxarılıb.

Etibarlı mənbələrdən əldə etdiyimiz məlumata görə Aftandil Ağayev Penitensiar Xidmətdə işlədiyi müddətdə 50 milyondan çox pul toplayıb. Onun paytaxtın müxtəlif yerlərində, eləcə də qonşu ölkələrdə saysız-hesabsız obyektləri var.

Qeyd edək ki, Aftandil Ağayev 2017-ci ildə bu vəzifəyə təyin edilmişdi.