32 yaşında Ədliyyə orqanlarında işə qəbul edilən Emil Ağayev kimdir?
Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin sturukturlarlnda ciddi qanunsuzluq faktlarının mövcudluğu ictimaiyyəti narahat edir. Cəzaçəkmə müəssisələrində rüşvətxorluğun səviyyəsinin sürətlə artması, məhkumların maddi təminatları üçün dövlət büdcəsindən ayrılan vəsaitlərin mənimsənilməsi və məcburi rüşvətalma məqsədilə məhkumlara cəzalar verilməsi halları barədə çox ilginc faktlar vardır. Penitensiar xidmətə kadrların seçilməsində də tanışlığ, qohumluq prinsipləri önə çəkilir. Ədliyyə Nazirliyinin və Penitensiar Xidmətin rəhbərliyi ictimai qınağa çevrilən bu tipli məsələlərə biganə yanaşır.7gun.org-a daxil olan məlumata görə Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasının baş mühasibi, tərbiyə işləri üzrə rəis müavini səlahiyyətlərini icra edən Ağayev Emil Raqif oğlu məhz ələbaxımlıllq və tanışlığ prinsipləri ilə Ədliyyə Orqanlarında Qulluq haqqında qanuna zidd olaraq 32 yaşında xidməti vəzifəyə qəbul edilib. O, hal-hazırda Rusiya Federasiyasının Riyazan şəhərində yerləşən İdarəetmə və Hüquq Akademiyasında hüquqşünas ixtisası üzrə sonuncu kursda qiyabi təhsil alır.
Məlumata görə, Emil Ağayev təhsil aldığı akademiyada akademik məzuniyyətlərdə və imtahanlarda iştirak etmir. O, Akademiyada tədris kursu keçmədən diplom alıb hüquqşunas ixtisasına sahib olacaqdır. Onun Gəncə şəhərində Azərbaycan Dövlət Aqrar Universitetini iqdisadiyyat ixtisası üzrə necə bitirməsi də şübhəlidir. Etibarlı mənbənin məlumatına görə Emil Ağayevin 2 saylı İstintaq Təcridxanasında zəruri hesabat işlərini təsərrüfat şöbəsinin rəisi Elişad Abbasov aparır.
Maraqlıdır ki, Emil Ağayevi Rusiya Federasiyasının Riyazan şəhərindəki İdarəetmə və Hüquq Aksdemiyasına dövlət müqaviləsi əsasında təhsil almağa Penitensiar Xidmətin təqdimatı ilə Ədliyyə Nazirliyi göndərmişdir. Ədliyyə Nazirliyi isə təhsil almağa göndərdiyi Emil Ağayevin fəaliyyətinə nəzarət etmir.
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.7gun.org -ı sosial şəbəkələrdə izləyin:
1. Facebook2. İnstagram3. YouTube