Bakı şəhər Yol Polisi İdarəsində oyunlar


Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin rəhbərliyi xidmət sahələrində islahatların aparıldığını, Yol Polisi əməkdaşlarının nümunəvi xidmət göstərdiklərini və vətəndaşların müraciətlərinə həssas yanaşıldığını ictimaiyyətə dəfələrlə açıqlamışdır.

Həmin açıqlamalarda Yol Patrul Xidmətdə ələbaxımlılıq hallarının yığışdırılması və sürücülərin hüquqlarının qorunması xüsusilə vurğulanır. Lakin idarənin iş rejimində məzmun dəyişməyib. Yol Patrul Xidmətinin tağımları ayrı-ayrı otaqlara hesabat verirlər. Yol hərəkət qaydalarının pozulması ilə bağlı tərtib edilən protokollar tağımlar tərəfindən təhkim olunduqları otaqlara çatdırılır. Otaqların qapıları pultla idarə olunur. Cərimələrin silinməsi üçün alınan rüşvətin muqdarı həmin otaqlarda 5-10 dəfə artır. Yığılan rüşvət gündəlik olaraq inzibati şöbənin rəsi Malik İbrahimova verilir və hər gün səhər idarənin rəisi Nuşirəvan Səfərova hesabat təqdim olunur. Yığılan rüşvətin müəyyən faizi Yol Patrul Xidmətin müfəttişlərinə ayrılır. İş otaqlarında xidmət edənlər onlara çatacaq haqqı Malik İbrahimovdan götürürlər. 14-cü otağın idarədə böyük nüfuzu vardır.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsində rüşvət alınmadan kadr dəyişmələrinə böyük ehtiyac duyulur. Daxili İşlər Nazirliyinin rəhbərliyi ictimaiyyəti aldatmaqla korrupsiyaya qurşanmış bir qurumda şəffaflıq yarada bilərmi?!

7gun.org Bakı şəhər Dövlət Yol Polisi İdarəsində cərəyan edən prosesləri izləyəcək.

Vidadi Qardaşəlioğlu